
İspaniya Kubokunda bürünc medal
Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.
Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb. 48 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.