Baş məşqçi darmadağından sonra istefa verdi

  • Bu gün, 12:57

"Santos" klubu baş məşqçi Kleber Xavyerin istefa verdiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, ötən gecə “Santos” Braziliya çempionatının 20-ci turunda "Vasko da Qama"ya uduzub. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Məhz bu məğlubiyyətdən sonra klub baş məşqçi ilə yollarını ayırıb.


Paylaş: