Levandovski nə vaxt qayıdacaq?

  • Bu gün, 10:32

"Barselona"nın hücumçusu Robert Levandovski La Liqanın növbəti turunda oynaya biləcək.

Sportlife.az xəbər verir ki, polşalı forvardın sol ayağındakı zədə sağalıb.

Daha əvvəl onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı, yalnız sentyabrın ortalarında sıraya qayıdacağı bildirilirdi.

İddiaya görə, Levandovskinin sağalması gözlənildiyindən daha sürətlə gedir. Onun avqustun 23-də "Levante" ilə keçiriləcək matçda iştirakı gözlənilir.


Paylaş: