Neymar niyə ağladı?

  • Bu gün, 16:06

Braziliya A Seriyasının 20-ci turunda "Santos" səfərdə "Vasko da Qama"ya 0:6 hesabı ilə məğlub olub.

Sportlife.az xəbər verir ki, komandanın kapitanı Neymar matçdan sonra gözyaşlarını saxlaya bilməyib. Komanda yoldaşlarının onu sakitləşdirmək cəhdləri isə fayda verməyib.

Neymar "Santos"un heyətində 250-ci matçına çıxıb. Bu, onun karyerasında ilk belə böyük məğlubiyyətdir.


Paylaş: