
"Liverpul" ayrılığa hazırlaşır
"Liverpul"un müdafiəçisi Kostas Tsimikas klubu tərk edə bilər.
Sportlife.az xəbər verir ki, mersisaydlılar 29 yaşlı yunan futbolçunu icarəyə vermək variantını nəzərdən keçirir. Baş məşqçi Arne Slot sol cinah müdafiəçisi mövqeyində Endi Robertson və Miloş Kerkezi düşündüyü üçün Tsimikas özü də ayrılmağa razıdır.
Futbolçu ötən mövsüm 29 oyun keçirib və iki məhsuldar ötürmə edib.