
Abramoviç məhkəməyə verilir
Britaniya hakimiyyəti rusiyalı iş adamı Roman Abramoviçə qarşı mümkün məhkəmə iddiası elan edib.
Sportlife.az xəbər verir ki, hökumət “Çelsi”nin satışından əldə olunan gəlirdən 2,34 milyard funt-sterlinqin ayrılmasını tələb etmək üçün məhkəməyə üz tutacaq.
Maliyyə naziri Reyçel Rivz və xarici işlər naziri Devid Lammi Abramoviçlə bu məsələdə hələ də razılığa gələ bilmədikləri üçün narazıdırlar.
Abramoviç 2022-ci ildə sanksiyaya məruz qaldıqdan sonra klubu satıb. "Çelsi"nin satışından əldə edilən vəsaiti Britaniya hesabında dondurulub.