AFFA kubokun cəzalarını açıqladı

  • 3 İyun 2025, 12:33

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Sportlife.az xəbər verir ki, Azərbaycan Kubokunun final oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah”la matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” 700 manat cərimələnib. Klubun məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, onun bu hərəkəti komandasını 1500 manat xərcə salıb.

“Qarabağ”ın futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klubu 3000 manat cərimə olunub.

Azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə ağdamlılar əlavə 1500 manat cərimə ödəyəcəklər.

Bundan başqa, 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” 700 manat ziyana düşüb. Həmçinin azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə Bakı təmsilçisi daha 1500 manat cərimələnib.


Paylaş: