
PSJ-yə lazım olmadı
Mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirən PSJ-nin yarımmüdafiəçisi Marko Asensio Paris klubunun növbəti mövsüm üçün planlarına daxil deyil.
Sportlife.az xəbər verir ki, klub onu transferə çıxarıb. Futbolçu üçün 20 milyon avro tələb edilir.
"Aston Villa" 29 yaşlı ispaniyalını birdəfəlik transfer edə bilər.
Asensio İngiltərə klubunun heyətində bütün 21 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.