Azərbaycanda işləmiş mütəxəssis klubsuz qaldı

  • 4 İyun 2025, 14:58

Bir müddət əvvəl adı “Kəpəz”lə birgə hallanan Yuri Maksimov işsiz qalıb.

Sportlife.az xəbər verir ki, 56 yaşlı mütəxəssis “Vorskla” klubu ilə yollarını ayırıb.

Buna səbəb komandanın Ukrayna yüksək liqasında qala bilməməsi olub. “Vorskla” pley-off mərhələsində məğlub olaraq, birinci liqaya düşüb. Bu üzdən Maksimov komandadan ayrılmaq qərarına gəlib. Çalışdırıcı hətta komandanı elitada saxlasaydı belə, “Vorskla”da qalmayacaqdı. Çünki klub ciddi maliyyə problemi yaşayır və UEFA tərəfindən transfer qadağası qoyulub.

Qeyd edək ki, Yuri Maksimov 2017-2018 mövsümündə ölkəmizdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. Onun “Sumqayıt”a gəlmək ehtimalı da var.


Paylaş: