
"Liverpul"da macar futbolçu
"Bornmut"un müdafiəçisi Miloş Kerkez "Liverpul"a keçməyə yaxındır.
Sportlife.az xəbər verir ki, mersisaydlılar yaxın günlərdə 21 yaşlı futbolçunun transferi ilə bağlı danışıqların növbəti mərhələsinə başlayacaq.
Macarıstanlı oyunçunun özü ilə ötən həftə müqavilə şərtləri razılaşdırılıb.
Ötən mövsüm Kerkez 41 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.