"Qarabağ"da şok ayrılıq

  • 4 İyun 2025, 13:10

“Qarabağ” Yassin Benzia ilə yollar ayırıb.

Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisi maliyyə məsələlərində əlcəzairli yarımmüdafiəçi ilə razılığa gələ bilməyib. Tərəflər bu yay başa çatan müqavilənin müddətini uzatmayacaqlar.

Benzia ötən gün instaqram hesabında vidaya bənzər paylaşım edib. Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda “hər şey üçün təşəkkürlər” sözlərini qeyd edib. Benziya da bu sözlərə görə Şahruddinə təşəkkürünü bildirib.

Benzia son ilyarımda “Qarabağ”da oynayıb, 104 oyun keçirib, 28 qol vurub.


Paylaş: