"Şamaxı"nın hazırlıq planı bilindi

  • 4 İyun 2025, 17:09

“Şamaxı”nın yay hazırlıq planı məlum olub.

Sportlife.az xəbər verir ki, təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-nə qədər davam edəcək.

Komandamızın hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırılır.

Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.


Paylaş: