
Benzia "Bavariya"ya "yox" deyib
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia vaxtilə Avropa nəhəngi “Bavariya"ya keçə bilərmiş.
Sportlife.az xəbər verir ki, bu barədə Əlcəzair millisinin üzvünün qardaşı Mustafa Benzia Fransa mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Benzia 15 yaşında olarkən “Bayern”in diqqət mərkəzində olub: “Biz bir həftəlik Almaniyaya getdik. Onun yoldaşlıq oyunu ilə birlikdə bir həftəlik sınaq müddəti var idi. Hər şey yaxşı keçdi, Yassini saxlamaq istəyirdilər. Amma oradakı hava xoşuna gəlmədi. Hava soyuq və tutqun idi. 15 yaşında olduğu üçün ətraf mühit ona xoş gəlmədi. Dil də asan deyildi”.
Qeyd edək ki, Yassin Benzia həmin vaxt "Lion"un akademiyasına qoşulub. “Qarabağ”a 2023-cü ildə “Dijon”dan keçən 30 yaşlı yarımmüdafiəçinin Ağdam klubu ilə müqavilə müddəti bu ayın sonuna qədərdir.