
Fernandeş ərəblərin təklifini rədd etdi
"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş "Əl-Hilal"ın təklifini rədd edib.
Sportlife.az xəbər verir ki, Portuqaliya millisinin futbolçusu ən yüksək səviyyədə çıxış etmək arzusundadır. Buna görə də o, karyerasını Avropa davam etdirmək qərarına gəlib. Fernandeş "Əl-Hilalın" yüksək məvacibli təklifinə baxmayaraq, bu yay Səudiyyə Ərəbistanına getməyi planlaşdırmır.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"lə 2027-ci ilin yayına kimi müqaviləsi var.