Pirlo yenidən A Seriyasında

  • 3 İyun 2025, 17:55

İtaliyalı mütəxəssis Andrea Pirlo "Piza"nın yeni baş məşqçisi ola bilər.

Sportlife.az xəbər verir ki, tərəflər artıq şərtlərlə bağlı razılığa gəliblər. Pirlo "Palermo"ya rəhbərlik etmək niyyətində olan Filippo İnzaqini əvəz edəcək.

"Piza" başa çatan mövsümdə A Seriyasına yüksəlib və 1991-ci ildən sonra ilk dəfə elitada çıxış edəcək.

Pirlonun son iş yeri 2023-2024-cü illərdə rəhbərlik etdiyi "Sampdoriya" olub.


Paylaş: