"Milan" 35 milyona "hə" dedi

  • 3 İyun 2025, 13:56

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu müdafiəçi Teo Ernandesin transferi üçün "Milan"la razılığa gəlib. 

Sportlife.az xəbər verir ki, bu keçid 30 milyon avro və daha 5 milyon bonusla reallaşa bilər.

Lakin klub hələ futbolçunun özü ilə şəxsi razılıq əldə etməyib. Ernandesin yaxın günlərdə öz qərarını verəcəyi gözlənilir.


Paylaş: