
Superliqadan Qətər klubuna
Polşa millisinin hücumçusu Kşiştof Pyontek "Əl-Duhayl"ə keçib.
Sportlife.az xəbər verir ki, bu barədə Qətər klubunun rəsmi saytı məlumat yayıb.
futbolçu 2023-cü ilin yayından "Başakşəhər"də çıxış edirdi. Ötən mövsüm o, klubda 48 oyun keçirib, 31 qol vurub, 5 məhsuldar ötürmə edib.
29 yaşlı futbolçu daha əvvəl "Herta", "Milan", "Salernitana", "Cenoa" və digər komandalarda çıxış edib. Onun Polşa millisində 35 oyunda 12 qolu var.