Cüdoçularımız Avstriyada

  • Dünən, 10:54

Azərbaycanın bütün yaş qruplarından olan qadın cüdoçuları Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Bu barədə Sportlife.az-a Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə iyunun 2-dən 4-nə qədər keçirilmiş təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçular hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlar isə Avstriyanın Leybnits şəhərində davam etdirəcək.


Paylaş: