Emreli Almaniya klubuna lazım olmadı

  • 2 İyun 2025, 15:59

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu hələ də bəlli deyil.

Sportlife.az xəbər verir ki, 27 yaşlı futbolçu hazırda Almaniya klubları ilə danışıqları davam etdirir.

“Nürnberq”dən ayrıldıqdan sonra azad agent statusu daşıyan forvardla maraqlanan “Fortuna” fikrini dəyişmək üzrədir. 2-ci Bundesliqada mübarizə aparan Düsseldorf təmsilçisi hücum xətti üçün daha bir alternativ müəyyənləşdirib. İlk olaraq Emreli ilə danışığa başlayan klub daha sonra “Yanq Boyz”dan Sedrik İtteni siyahıya əlavə etmişdi. Rəhbərlik indi də İsveçin QAİS klubunun formasını geyinən İbrahim Diabateni variantlar arasına salıb.

“Fortuna” bu 3 hücumçudan ilk olaraq birini heyətinə qatmağı düşünür ki, hazırda Diabate favorit hesab olunur. İspaniya və İsveçdə çıxış etmiş Fil Dişi Sahilidən olan futbolçunun uğurlu performansı məşqçilər korpusunun diqqətini ona cəmləməsinə səbəb olub. Bu transfer baş tutsa, “Fortuna” Emrelidən imtina edə bilər.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü II Bundesliqanın digər təmsilçisi “Nürnberq”də keçirib.


Paylaş: