
Martines "Arsenal"a gedir?
“Aston Villa”nın qapıçısı Emiliano Martines gələcəyi ilə bağlı sualı cavablandırıb.
Sportlife.az xəbər verir ki, o, bütün diqqətini Argentina millisinə yönəltdiyini söyləyib:
"Gələcəyim haqda heç nə deyə bilmərəm. Hazırda mən milli komandadayam, ona görə də yalnız yığmanı düşünürəm. Transfer pəncərəsi isə təzə açılıb, hələ görüləsi çox iş var".
Qeyd edək ki, 32 yaşlı qolkiperin David Rayanın ayrılacağı təqdirdə "Arsenal"a qayıda biləcəyi söylənilir.