"Roma"da yeni baş məşqçi

  • 31 May 2025, 11:43

"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperinin "Roma" ilə anlaşdığı xəbərləri yayılıb.

Sportlife.az xəbər verir ki, 67 yaşlı mütəxəssisin "canavarlar"la 3 illik ilkin müqavilə bağladığı bildirilib.

Qasperini Berqamo təmsilçisini 9 ildən sonra tərk edəcək. Komanda onun rəhbərliyi ilə keçirdiyi 439 iyunda 228 qələbə qazanıb, 101 dəfə heç-heçə oynayıb, 110 dəfə isə uduzub. O, "Atalanta"ya 2023/2024 mövsümündə UEFA Avropa Liqası titulunu qazandırıb.

Qeyd edək ki, son mövsümdə "Roma"ya Kladio Ranyeri rəhbərlik edib. Komanda A Seriyasını 5-ci pilllədə başa vurub.


Paylaş: