
"Çelsi" portuqaliyalıdan qurtulmaq istəyir
Konfrans Liqasının qalibi "Çelsi" Joau Feliksə satışı üçün komanda axtarır.
Sportlife.az xəbər verir ki, London klubu mövsümün ikinci hissəsini icarə əsasında "Milan"da keçirən futbolçu ilə vidalaşmaq arzusundadır.
"Zadəganlar" bununla bağlı "Benfika" ilə danışıqlar aparırlar. Lissabon təmsilçisi 25 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, "Çelsi" satışın tərəfdarıdır.
Qeyd edək ki, Feliks 2015-2019-cu illərdə "Benfika"da çıxış edib. O, 2024-cü ilin yanvarında "Çelsi"yə keçib.