
Baş məşqçi postuna daha bir namizəd
"Yuventus"un baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.
Sportlife.az xəbər verir ki, bu, hazırda "Fulhem"i çalışdıran Marko Silvadır.
Turin klubunun rəhbərliyi portuqaliyalı mütəxəssisi komandanın sükanı arxasına əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
“Yuventus” ötən mövsüm A Seriyasını 4-cü pillədə başa vurub.
Qeyd edək ki, Silvanın "Fulhem"lə 2026-cı ilin iyun ayına qədər müqaviləsi var.