Premyer Liqa klubunda 5 ayrılıq

  • 29 May 2025, 10:30

"Tottenhem" rəhbərliyi bu yay 5 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, qapıçılar Freyzer Forster və Alfi Uaytman klubu tərk edəcəklər. Son 3 ildə cəmi 6 oyun keçirən Serxio Reqilon da komandadan gedəcək.

Müdafiəçi Ben Devisin iyun ayında başa çatacaq müqaviləsi uzadılmayacaq.

İcarəyə götürülən Timo Verner isə "Leiptsiq"ə qayıdacaq.


Paylaş: