
"Real"da yeni müqavilə
"Real" komandanın liderlərindən olan Vinisius Juniorla müqaviləni uzadıb.
Sportlife.az “Sport.es”ə istinadən xəbər verir ki, 24 yaşlı forvard "kral klubu" ilə 5 illik yeni sözləşməyə imza atıb.
Yeni müqaviləyə əsasən, Vinisius ildə təxminən 30 milyon avro qazanacaq ki, bu da Kilian Mbappenin maaşına bərabərdir.
Vinisius Junior bu mövsüm "Real"ın heyətində 51 oyun keçirib, 20 qol vurub və 17 məhsuldar ötürmə edib.