
Sane ilk təklifi rədd etdi
Leroy Sane yay transfer pəncərəsində "Bavariya"dan ayrıla bilər.
Sportlife.az xəbər verir ki, futbolunun meneceri Pini Zahavi hazırda Almaniyadadır. O, Münhen klubunun rəsmiləri ilə oyunçunun gələcəyini müzakirə edir.
Sane "Bavariya"nın həftəlik 250 min funt sterlinq dəyərində ilk təklifini rədd edib.
Bundesliqanın son çempionu onu saxlamaqda maraqlıdır. Futbolçuya 2028-ci ilə qədər yeni müqavilə təklif olunub.
Tərəflər arasında mövcud sözləşmə bu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Daha əvvəl Sanenin karyerasını “Tottenhem”də davam etdirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.