Zaniolo "Roma"nın 2 futbolçusunu döyüb

  • 27 May 2025, 13:33

"Roma" İtaliya gənclər liqasının pley-off mərhələsinin yarımfinal mərhələsində komandaların oyunundan sonra "Fiorentina"nın yarımmüdafiəçisi Nikolo Zaniolo ilə bağlı insident barədə məlumat yayıb.

Sportlife.az xəbər verir ki, 25 yaşlı futbolçu "bənövşəyilər"i dəstəkləyərək oyunu tribunadan izləyib. Matçdan sonra o, "Roma"nın paltardəyişmə otağına daxil olaraq, bir neçə oyunçu ilə münaqişəyə girib.

"İlkin versiyaya görə, futbolçu matçdan sonra gənclər komandasının bəzi oyunçularına qarşı təxribat xarakterli davranışlar nümayiş etdirib. "Roma"nın 2 futbolçusu mübahisə zamanı fiziki hücuma məruz qalıb", - deyə paytaxt klubunun açıqlamasında bildirilib.

Zaniolo 2025-ci ilin fevralında "Qalatasaray"dan icarə əsasında "Fiorentina"ya keçib. Yarımmüdafiəçi 2018-2023-cü illərdə də "Roma"da çıxış edib.


Paylaş: