
"Qarabağ"ın legioneri yığmada
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.
Sportlife.az xəbər verir ki, qolkiper yığmanın iyun ayında keçirəcəyi matçlara çağırılıb.
Qeyd edək ki, Polşa iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da isə dünya çempionatının seçmə mərhələsində Finlandiyanın qonağı olacaq.