
"Araz-Naxçıvan"da növbəti müqavilə
"Araz-Naxçıvan" klubu futbolçusu Ömər Buludovla müqaviləni yeniləyib.
Sportlife.az xəbər verir ki, müdafiəçi ilə anlaşma 1 il müddətini əhatə edəcək.
Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Misli Premyer Liqasının 2024/2025 mövsümünü üçüncü pillədə başa vuran komanda UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.