Millimizin heyəti açıqlandı

  • Bu gün, 11:36

Cüdo üzrə Azərbaycan millisinin Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb.

Sportlife.az xəbər verir ki, yığmada 8 cüdoçu yer alıb. Yarışda Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qəmzətxanov və Kənan Nəsibov (+100 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, mayın 2-4-də keçiriləcək turnirdə 27 ölkədən komandaların iştirakı gözlənilir.


Paylaş: