
"Liverpul"dan La Liqa klubuna
“Atletiko Madrid” "Liverpul"un Darvin Nunyesi transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, Madrid təmsilçisi komandanın gücləndirilməsi üçün ilk addımları atmağa hazırlaşır. Klub yay transfer pəncərəsində uruquvaylı hücumçunun transferini planlaşdırır.
Nunyes bu mövsüm "Liverpul"un heyətində 43 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.