"Prezident Kuboku"nun bağlanış mərasimi olub

  • Dünən, 10:12

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə "Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbirdə əvvəlcə qalib komandalara kuboklar təqdim edilib. Kayak və kanoe növündə Özbəkistan, akademik avarçəkmədə isə Gürcüstan yığması kuboka sahib olub.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə müxtəlif şou-proqramlar, milli rəqs nümunələri, tanınmış müğənni Mərdan Kazımov və qrupunun canlı ifaları əsl bayram ab-havası yaradıb. “Prezident Kuboku-2025” reqatasına atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, Azərbaycan avarçəkənləri yarışı 1 qızıl, 7 gümüş, 7 bürünc olmaqla, ümumilikdə 15 medalla  başa vurub.


Paylaş: