Çempion baş məşqçini saxladı

  • Dünən, 10:39

"Napoli" sosial şəbəkə hesablarında Antonio Kontenin gələn mövsüm də komandanın baş məşqçisi olacağını təsdiqləyib.

Sportlife.az xəbər verir ki, klub bununla bağlı video paylaşıb.

Komandanın prezidenti Aurelio De Laurentiis isə Konte ilə fotosunu yerləşdirib və şərh yazıb: "Tam sürətlə irəli. Əvvəlkindən daha güclü!"

Konte 2024-cü ildən "Napoli"yə rəhbərlik edir. 55 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda 2024/25 mövsümündə A Seriyasının qalibi olub.


Paylaş: