Azərbaycan klubları Polşada oynayan müdafiəçini istəyir

  • 19 İyun 2024, 10:45

Polşanın "LKS Lodz" klubunda çıxış edən Rahil Məmmədov karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, müdafiəçinin xidmətində "Sabah" və "Neftçi" klubları maraqlıdı. Məmmədovun Polşa təmsilçisi ilə müqaviləsi davam etsə də, klub elitanı tərk etdiyi üçün sözləşmə ləğv edilib. O, komandasını azad agent kimi tərk edə bilər.

Bu səbəbdən də millimizin üzvü təklifləri dəyərləndirəcək. Əgər Avropadan uyğun təklif olmasa, Rahil növbəti mövsüm karyerasını Azərbaycanda davam etdirəcək.


Paylaş: