
Sabiq "Çelsi"li ruslara qarşı vuruşmaq istəyir
"Çelsi" akademiyasının keçmiş qapıçısı Nikolas Tyi Fransa ordusuna qatılıb.
Sportlife.az xəbər verir ki, bir müddət öncə peşəkar karyerasını bitirən qolkiper Ukrayna ordusunda xidmət etmək istəyir.
"Mən idmançıyam. Özümü parta arxasında oturduğumu təsəvvür edə bilməzdim. Ukraynada xidmət etmək istərdim. Mən siyasətlə məşğul deyiləm. Problemi yerində həll etməyi öz üzərimə götürmüşəm. Əgər əməliyyat xərcləri Ukraynaya getməyə imkan verirsə, gedərəm! Bu, məni qorxutmur".