“Real”ın futbolçusu cəzalandırıla bilər

  • Dünən, 17:59

"Real”ın müdafiəçisi Daniel Karvahal İspaniya kubokunun “Barselona” ilə final oyununda iştirak etməməsinə baxmayaraq, hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər.

Sportlife.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının İntizam Məcəlləsinə əsasən, hətta meydandan kənarda belə, hakimi təhqir edən və ya aşağılayan oyunçu bir neçə oyunluq diskvalifikasiya oluna bilər.

“Barselona” 84-cü dəqiqəyə qədər 1:2 hesabı ilə uduzsa da, daha sonra oyunu əlavə vaxta apara bilib. Jül Kunde 116-cı dəqiqədə həlledici qola imza atıb.


Paylaş: