Millimiz 2 oyunun hazırlığına start verdi

  • 27 May 2025, 18:10

Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi bu gün "Neftçi" Futbol Mərkəzi"ndə ilk məşqinə çıxıb.

Sportlife.az AFFA-nın saytına istnadən xəbər verir ki, legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək.

“Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan Kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.

Qeyd edək ki, yığma toplanış ərzində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan ilə yoldaşlıq görüşü keçirəcək


Paylaş: