
Rəşad Nəbiyevə IJF-də vəzifə verildi
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer 6-cı dəfə qurumun rəhbəri seçilib.
Sportlife.az xəbər verir ki, 66 yaşlı rumıniyalı 2007-ci ildə dünya cüdosuna başçılıq edir.
IJF-nin konqresində həmçinin 2025-2029-cu illər üçün İcraiyyə Komitəsinin tərkibi müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev də komitəyə üzv seçilib.