
"Mançester Yunayted"də yeni hücumçu
"Vulverhempton"un hücumçusu Mateus Kunya "Mançester Yunayted"ə keçməyə razılıq verib.
Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu komandanın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olmayaraq, "qırmızı şeytanlar"la müqavilə bağlamaq istəyir.
Mançester təmsilçisi bu gün Avropa Liqasının finalında "Tottenhem"ə qalib gələrsə, ÇL-də iştirak hüququ əldə edəcək.
Kunya 2023-cü ildən "Vulverhempton"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 35 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.