
"Milan"da yeni idman direktoru
İqli Tare tezliklə "Milan"ın yeni idman direktoru olacaq.
Sportlife.az xəbər verir ki, İtaliya klubu 51 yaşlı albaniyalını bu vəzifəyə təyin etmək üçün müvafiq sənədlər hazırlayır.
Mütəxəssis özü də təklifi qəbul edib və indi rəsmi açıqlamanı gözləyir.
Tare daha əvvəl 2008-2023-cü illərdə “Latsio”da idman direktoru vəzifəsində çalışıb.