
Amorimin sevimli məşqçiləri
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim karyerasına təsir edən mütəxəssislərdən danışıb.
Sportlife.az xəbər verir ki, potuqaliyalı məşqçi bir çox mütəxəssisdən təsirləndiyini bildirib:
"Mən futbola hər zaman baxmışam və beləcə çox şey öyrənmişəm. Jorje Jezuşun da təsiri var, o da öz növbəsində Niderland futbolundan təsirlənib. Sonra Yohan Kroyff var. Uşaq vaxtı İtaliya futboluna da çox baxmışam. Müxtəlif futbol üslublarının birləşməsi məşqçilik karyeramda özünü göstərir".