
Dünya çempionu xəstəxanaya yerləşdirildi
Braziliya millisinin sabiq futbolçusu Lusio həftə sonu bədənində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Sportlife.az xəbər verir ki, 47 yaşlı veteran müdafiəçiyə lazım olan hər cür yardımın göstərildiyi və vəziyyətinin yaxşılaşdığı bildirilib.
Həyat yoldaşı Marilia Forqianinin sözlərinə görə, hadisə bioetanolla işləyən ekoloji kamindən çıxan partlayış nəticəsində baş verib.
Lusio Avropada “Bayer” (2001-2004), “Bavariya” (2004-2009) və “İnter”də (2009-2012) çıxış edib. O, həmçinin Braziliya millisinin heyətində 105 oyun keçirib və 2002-ci il dünya çempionatının qalibi olub.