
Mərakeş klubunda gözlənilməz istefa
Mərakeşin "Vidad" klubunun baş məşqçisi Rolani Mokvena ABŞ-da keçiriləcək klublararası dünya çempionatının açılışına 4 həftə qalmış istefa verib.
Sportlife.az xəbər verir ki, rəhbərlik və 38 yaşlı cənubi afrikalı mütəxəssis müqaviləni ləğv etmək barədə razılığa gəliblər.
Kasablanka təmsilçisi klublararası dünya çempionatının qrup mərhələsində 3 oyun keçirəcək və iyunun 18-də “Mançester Siti” ilə qarşılaşacaq. İyunun 22-də Mərakeş klubu “Yuventus”la, iyunun 26-da isə “Əl Ayn” komandası ilə qarşılaşacaq.