Qvardioladan rəhbərliyə açıq mesaj

  • Bu gün, 12:32

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 37-ci turunda "Bornmut"a qalib gəldikləri oyundan sonra heyətdəki futbolçuların sayından narazı olduğunu bildirib.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə rəhbərliklə konkret danışıq apardığını bildirib:

"Klubun sahiblərinə dedim ki, geniş heyət istəmirəm. Beş-altı oyunçunu tribunalara göndərmək mənə görə deyil. Bunu istəmirəm, yoxsa gedəcəm. Əgər siyahını qısaltmasalar, mən burada qalmayacağam. Məşqçilik fəlsəfəm oyunçuları tribunalara göndərməyə icazə vermir".

"Mançester Siti" 37 turdan sonra 68 xalla Premyer Liqada turnir cədvəlində 3-cüdür.


Paylaş: