
Final öncəsi kütləvi dava
Bilbaoda Avropa Liqasının finalı öncəsi "Mançester Yunayted" və "Tottenhem" azarkeşləri arasında kütləvi dava olub.
Sportlife.az xəbər verir ki, münaqişə mayın 20-də axşam saatlarında baş verib. Klubların azarkeş qrupları Bilbao küçələrinin birində toplaşıb. Bir-birini təhqir edəndən sonra onlar arasında dava düşüb. Bir neçə azarkeş tibbi yardıma ehtiyac duyub.
Final matçı bu gün keçiriləcək.