Ronaldinyonun "Barselona" sevinci

  • Dünən, 17:08

"Barselona"nın keçmiş futbolçusu Ronaldinyo Kataloniya komandasının bu mövsümdəki nəticələrindən razı qaldığını bildirib.

Sportlife.az xəbər verir ki, o, "Barsa"nın yenidən sevinc mənbəyinə çevrildiyini bildirib:

"Onların qazandıqları uğurlar qürur mənbəyidir. Bir neçə çətin ildən sonra klub insanları yenidən güldürür. "Barselona" və "Real" çox yüksək səviyyəli oyunçulara malik iki böyük komandadır. Lakin bu mövsüm "Barselona" gücünü göstərdi və hər şeyi qazandı".

Qeyd edək ki, "Barselona" bu mövsüm İspaniya La Liqasının, kubokunun və Superkubokunun qalibi olub.


Paylaş: