
"Turan Tovuz"dan Panama millisinə
Panama millisi iyunda ABŞ-da keçiriləcək Qızıl Kuboku – 2025-ə qatılacaq.
Sportlife.az xəbər verir ki, KONKAKAF-da çıxış edəcək digər 15 komanda kimi, panamalıların da ilkin heyəti müəyyənləşib.
Panama millisinin baş məşqçisi Tomas Kristiansenin açıqladığı 60 nəfərlik genişləndirilmiş siyahıda 53 oyunçu 24 fərqli ölkədə legioner həyatı yaşayır. Onların arasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də var. Yığmanın 26 nəfərlik yekun heyəti ən azı iyunun 4-də açıqlanmalıdır.
Qeyd edək ki, Panama millisi turnirin C qrupunda Yamayka, Qvatemala və Qvadelupa ilə qarşılaşacaq.