"Zirə"yə texniki məğlubiyyət verildi

  • Bu gün, 16:11

“Zirə”nin 19 yaşadək futbolçulardan ibarət komandasına texniki məğlubiyyət verilib.

Sportlife.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum Gənclər Liqasında keçirilən “Zirə” – “Turan Tovuz” oyununa görə belə addım atıb. Bakı təmsilçisinin heyətində adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.


Paylaş: