
Region Liqası: Hakimlər açıqlandı
AFFA Region Liqasında üçüncü yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb.
Sportlife.az xəbər verir ki, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar.
Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
Region Liqası
22 may
3-cü yer uğrunda oyun
14:00. “Göyəzən” – “Ağstafa Gəncləri”
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
Qəbələ şəhər stadionu
Final
17:00. “Şirvan” – “Xankəndi”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
Qəbələ şəhər stadionu