Amit Quluzadə diskvalifikasiya olundu

  • Dünən, 14:53

“Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə cəzalanıb.

Sportlife.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verilib.

Onun diskvalifikasiyasına I Liqanın XXVI turunun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonrakı davranışı səbəb olub. Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb. “Qaradağ Lökbatan” 400 manat cərimələnib.


Paylaş: